Oturaq voleybolçularımız bu gün Almaniyaya yola düşür
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin oturaq voleybol idman növü üzrə milli komandamız 31 sentyabr – 08 oktyabr 2015-ci il tarixlərində Almaniyanın Varendorf şəhərində Avropa Çempionatında iştirak etmək üçün bu gün yola düşürlər. Yarış lisenziya xarakteri daşıyır və milli komandamızın Rio-De-Janeyro Yay Paralimpiya oyunlarına vəsiqə qazanmağa böyük şansları var.

Xəbər 828 dəfə oxundu.