Sergey Karyakin və Pavel Elyanov dünya kubokunun yarımfinalında tay-breyk oyunlarında qarşılaşacaqlar
Çərşənbə axşamı, sentyabrın 29-da rusiyalı qrossmeyster Sergey Karyakin və onun ukraynalı həmkarı Pavel Elyanov Bakıda keçirilən dünya kubokunun finalına çıxmaq üçün tay-breyk oyunları keçirəcəklər.

Yarımfinalda bu iki şahmatçı arasında cavab oyunlarında qalib müəyyən edilməyib.

Rusiyanın digər nümayəndəsi Pyotr Svidler yarımfinalda hollandiyalı qrossmeyster Aniş Giriyə 1,5:0,5 hesabı ilə qalib gələrək həm dünya kubokunun finalına vəsiqə alıb, həm də 2016-cı il mayın 9-dan 28-dək keçiriləcək iddiaçılar turnirində çıxış etmək hüququ qazanıb.

Xəbər 639 dəfə oxundu.