“Futbolçuları çempionat oyunları öncəsi sınamaq istəyirdim”
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində Ukraynanın “Obolon” klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. İdman.com.az saytı xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 0:3 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:

“Bu oyunda əvəzedici heyəti yoxlamaq istədim, onlara şans verdim. Ötən gün iki ağır məşq keçmişdik. Buna görə də əsas heyətin oyunçularını son dəqiqələrdə meydana buraxdım. Futbolçuları çempionat oyunları öncəsi sınamaq istəyirdim”.


Xəbər 932 dəfə oxundu.