Azərbaycan qrossmeysteri Livanda keçirilən beynəlxalq turnirin mükafatçısı olub
Livanın paytaxtı Beyrutda şahmat üzrə 8-ci beynəlxalq open-turnir başa çatıb.

Sentyabrın 18-dən 28-nə qədər İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarət olub. Yarışlarda 14 ölkədən 84 idmançı, o cümlədən 9 qrossmeyster iştirak edirdi.

9 mümkün xaldan 8 xal toplayan rusiyalı qrossmeyster Sergey Volkov turnirin qalibi olub, Belarus nümayəndəsi Kiril Stupak isə qalibdən yarım xal geri qalıb.

Turnirdə ölkəmizi təmsil edən Azər Mirzəyev, ukraynalı Mixail Simantsev və hollandiyalı Sergey Tivyakov 9 mümkün xaldan 7 xal toplayaraq 3-5-ci yerləri bölüşdürürlər.

Xəbər 640 dəfə oxundu.