Azərbaycan paytaxtında şahmat üzrə dünya kubokunun 1/2 finalının ikinci partiyalarına start verilib
Azərbaycan paytaxtında şahmat üzrə dünya kubokunun 1/2 finalının ikinci partiyalarına start verilib.

Yarımfinala rusiyalı qrossmeysterlər Sergey Karyakin və Pyotr Svidler, ukraynalı Pavel Elyanov və hollandiyalı Aniş Giri çıxıb.

Xatırladaq ki, yarımfinalın birinci matçlarında rusiyalı Pyotr Svidler hollandiyalı Aniş Giriyə qalib gəlib, Rusiyanın digər nümayəndəsi Sergey Karyakinlə ukraynalı Pavel Elyanovun oyunu isə heç-heçə başa çatıb.

Qara fiqurlarla oynayan Svidlerin rəqibi Giri 41-ci gedişdən sonra rəqibini məğlub olduğunu etiraf etməyə məcbur edib.

Karyakin də qara fiqurlarla oynayırdı. Elyanovla onun görüşü 77-ci gedişdən sonra heç-heçə başa çatıb.

Xəbər 666 dəfə oxundu.