“Beşbarmaq” qayalarında təlim-məşq toplanışı keçiriləcək
Sentyabrın 29-da Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) tərəfindən “Beşbarmaq” qayalarında təlim-məşq toplanışı keçiriləcək.

Təbii qayada dırmanma üzrə təşkil ediləcək növbəti toplanışda iştirak etmək istəyənlər federasiyanın ofisində qeydiyyatdan keçməlidirlər. Ünvan: Bakı şəhəri, Nobel prospekti 61, telefon: (+99412) 424-29-81.

Təlimin rəhbəri Rinat Rəhimxanovdur.

Oktyabrın 3-4-də “Beşbarmaq” dağında kişilər və qadınlar arasında qayayadırmanma üzrə açıq respublika çempionatı da keçiriləcək.

Xəbər 663 dəfə oxundu.