6-qat ölkə çempionumuz "Poloniya"nı üstələdi
Bu gün Çeçenistanın ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə növbəti oyunlar keçirilib. İdman.com.az saytının xəbərinə görə, yarışda ölkəmizi təmsil edən Bakının "Neftçi" klubu növbəti matçda qələbə qazanıb.

Polşanın "Poloniya" kollektivi ilə qarşılaşan "ağ-qaralar" rəqibini 2 top fərqi ilə üstələyib - 3:1. Bizdən qolları Bahadır Nəsimov (2) və Cavid İmamverdiyev vurublar.

Xatırladaq ki, İlk görüşdə Ukraynanın "Metallist" klubuna 1:3 hesabı ilə məğlub olan "Neftçi" qrup qalibi olmaq şansını saxlayıb. Çunki qrupda digər görüşdə Özbəkistan "Paxtakor"u qara dənizliləri penaltilərlə məğlub ediblər – 3:2 (əsas vaxt - 1:1).
Hazırda bütün komandaların 3 xalı var.

Xəbər 967 dəfə oxundu.