"İnter" Avstriya klubunu məyus etdi
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün 5-ci sınaq matçına çıxıb. İdman.com.az saytı xəbər verir ki, Kaxaber Sxadadzenin komandası saat 19:00-da Avstriyanın “Sturm Graz” klubu ilə qarşılaşıb. Üstün oyun nümayiş etdirən "beynəlmiləlçilər" adlı-sanlı rəqibini 2:1 hesabı ilə məğlub edib. Bizdən qolları Asif Məmmədov və Baçana Sxadadze vurublar.

Buna qədər “bankçılar” yoxlama görüşləri çərçivəsində Almaniyanın II Bundesliqa təmsilçisi "Karlsrue"yə 1:3 hesabı ilə uduzmuşdu. Albaniyanın “Skenderbeu” və Ukraynaın “Volın” klubları ilə matçlarda eyni nəticə qeydə alınmışdı (0:0). 2-qat ölkə çempionumz yalnız Türkiyənin aşağı dəstə komandası “Konya Şəkərspor” ilə matçda sevinib (3:2).

Xəbər 1173 dəfə oxundu.