“Şəmkir” də “Zaqatala”nın yolu ilə getdi
I Divizionda mübarizə aparan “Zaqatala”nın “Joma” şirkəti ilə anlaşdığını və bu şirkətin geyim dəstləri ilə oynayacaqlarını yazmışdıq.

Daha bir I Divizion təmsilçisi də “Zaqatala”nın yolu ilə gedib.

Belə ki, “Şəmkir” klubu da sözügedən şirkətlə anlaşıb və şəmkirlilər də növbəti matçlara “Joma”nın istehsalı olan formalarla çıxacaq. Artıq yeni geyim dəstləri Şəmkirə gətirilib və kluba təhvil verilib.

Xəbər 824 dəfə oxundu.