​"Xəzər Lənkəran" ölkə çempionatında "Zirə"yə məğlub olub
Topaz Premyer Liqasının altıncı turuna yekun vurulub.

Turun son görüşündə "Xəzər Lənkəran" komandası doğma meydanda "Zirə" klubunu qəbul edib.

Baş hakim İnqilab Məmmədovun idarə etdiyi oyun “Zirə” kollektivinin 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə yeganə qolun müəllifi qarşılaşmanın 92-ci dəqiqəsində meydan sahiblərinin qapısına təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirən "Zirə"nin futbolçusu Rəşad Abdullayev olub.

Hazırda "Qarabağ" 14 xalla çempionatın vahid lideridir. "İnter" və "Qəbələ" klubları 13 xalla ikinci-üçüncü yerləri bölüşürlər.

Xəbər 661 dəfə oxundu.