Azərbaycanın U-17 komandası moldovalı həmyaşıdlarına qalib gəlib
Moldovada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Orgey şəhərində yoldaşlıq oyunu keçirib.

Komandamız Moldovanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Qarşılaşma 5:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Futbolçularımızdan Cavidan Qasımlı, Metin Güler, Murat Cem Akpinar və Samir Əliyev fərqlənib. Moldova yığmasının qapısından keçən digər top isə avtoqol olub.

AZƏRTAC

Xəbər 727 dəfə oxundu.