“Sarı-qaralar” Almaniya klubuna minimal hesabla uduzdu
Antalya şəhərində hazırlıqlarını davam etdirən “Simurq” bu gün 3-cü yoxlama matçına çıxıb. İdman.com.az saytının məlumatına görə, Zaqatala təmsilçisi bu dəfə Almaniyanın “Offenbax” klubu ilə üz-üzə gəlib.

Görüşün ilk yarısında qapılara qol vurulmayıb. Lakin fasilədən sonra Berti Foqtsun həmyerliləri “sarı-qaralar”a 2 qol vurublar. "Simurq" isə buraxılan qollardan yalnız birinə cavab verib (1:2). Ruhid Usubovun zərbəsi dəqiq olub.

Xatırladaq ki, "Simurq" Türkiyədəki ilk matçını Qazaxıstan klubu “Kaysar”a qarşı keçirmişdi və həmin matçda heç-heçə etmişdi (1:1). Elə Gürcüstanın “Torpedo” (Kutaisi) klubu ilə görüşdə də eyni nəticə qeydə alınmışdı.


Xəbər 1043 dəfə oxundu.