Azərbaycanın qızlardan ibarət U-19 futbol komandasının baş məşqçisi İspaniya radiosuna müsahibə verib
Azərbaycanın 19 yaşadək qızlardan ibarət futbol üzrə yığma komandasının baş məşqçisi Patrisia Qonzales İspaniyanın “Cadena Ser” radiosuna müsahibə verib.

İspan mütəxəssis Azərbaycandakı fəaliyyətindən söz açıb. O, üç ilə yaxındır fəaliyyət göstərdiyi işindən məmnunluğunu ifadə edib. Gənc məşqçi Azərbaycanda qadın futboluna olan diqqətin İspaniyadakından daha yüksək olduğunu qeyd edib.

Patrisia Qonzales İspaniyaya qayıtmaq barədə sualı cavablandırarkən ölkəsində onu peşəkar səviyyədə qane edə biləcək klubun olmadığını deyib.

AZƏRTAC

Xəbər 791 dəfə oxundu.