Qarabağ - Neftçi oyunu Dalğa Arenada
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 6-cı turu çərçivəsində "Qarabağ" və "Neftçi" arasındakı oyunun harada keçiriləcəyi müəyyənləşib. Bu qarşılaşma "Dalğa Arena"da baş tutacaq.

Bu barədə Peşəkar Futbol Liqasından məlumat verilib. Qarşılaşma saat 17:30-da start götürəcək.

Qeyd edək ki, bu iki klubun əsas komandaları arasında Topaz Premyer Liqası çərçivəsində sabah keçirilməli olan qarşılaşmanın yeri isə hələ müəyyənləşməyib. İstisna deyil ki, əsas komandalar da məhz bu stadionda üz-üzə gəlsinlər.

Xəbər 683 dəfə oxundu.