Şəhriyar 3-cü pilləyə yüksəldi
Cəbəllütariqdə “Tradewise” şahmat festivalının “Masters” açıq turnirinin VI turu sona çatıb. İdman.com.az saytının məlumatına görə, bu yarışda mübarizə aparan Şəhriyar Məmmədyarov (2747) növbəti qələbəsini qazanıb. O, ağ fiqurlarla macarıstanlı Viktor Erdoşü (2634) üstələyib. Hesabında 5 xalı olan həmyerlimiz turnir cədvəlində 3-cü yeri tutur.

Bu tur qrossmeysterimiz hindistanlı Parimaryan Neqiyə (2641) qarşı oynayacaq.
Xatırladaq ki, sözü gedən rəqabətdə 56 ölkədən 246 şahmatçı iştirak edir. İdmançılar İsveçrə sistemi üzrə 10 tur oynayacaqlar.
Yarışa fevralın 2-də yekun vurulacaq.

Xəbər 964 dəfə oxundu.