“Selta" "Barselona”nı məğlub edib
Futbol üzrə İspaniya çempionatında 5-ci turun ev oyununda “Selta” "Barselonanı" darmadağın edib.

Viqo şəhərində keçirilən görüş 4:1 hesabı ilə başa çatıb.

Qonaqların heyətində Neymar (80) fərqlənib. "Selta"nın hesabına qolları Nolito (26), Aspas (30, 56) və Quidetti yazıblar.

"Barselona" bu çempionatda ilk məğlubiyyətini alıb. "Selta" isə bu turnirdə 4 qələbə və bir heç-heçə ilə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirir.

Növbəti turda sentyabrın 26-da "Barselona” “Las-Palmas” klubu ilə qarşılaşacaq. "Selta" isə həmin gün "Eybar” ilə səfərdə oynayacaq.

AZƏRTAC

Xəbər 681 dəfə oxundu.