Tennis üzrə “Baku Junior Cup” beynəlxalq turnirinin qalibləri müəyyənləşib
Bakı Tennis Akademiyasında tennis üzrə “Baku Junior Cup” beynəlxalq turniri keçirilib.

18 yaşadək idmançılar arasında keçirilən turnirdə oğlanların mübarizəsində Ukrayna idmançısı Mixail Kvantaliani finalda Gürcüstan təmsilçisi İrakli Metrevelini məğlub edərək turnirin qalini adını qazanıb.

Qızların yarışında qızıl medal uğrunda görüşdə rusiyalı Anna Solovyeva gürcüstanlı Lanı Kençiaşviliyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəbər 746 dəfə oxundu.