"İnter" Avstriyanın adlı-sanlı klubuna qarşı
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədə 5-ci sınaq matçına çıxacaq. İdman.com.az saytı xəbər verir ki, Kaxaber Tsxadadzenin komandası saat 19:00-da Avstriyanın “Sturm Graz” klubu ilə qarşılaşacaq.

Buna qədər “bankçılar” yoxlama görüşləri çərçivəsində Almaniyanın II Bundesliqa təmsilçisi "Karlsrue"yə 1:3 hesabı ilə uduzmuşdu. Albaniyanın “Skenderbeu” və Ukraynaın “Volın” klubları ilə matçlarda eyni nəticə qeydə alınmışdı (0:0). 2-qat ölkə çempionumz yalnız Türkiyənin aşağı dəstə komandası “Konya Şəkərspor” ilə matçda sevinib (3:2).

Xəbər 961 dəfə oxundu.