Kross qaçışı üzrə Bakı çempionatı keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı çempionatı keçirilib.

Yarışda 6 klubdan idmançılar mübarizə aparıblar.

Nəticələrə görə, qadınlar arasında I yerə 1 kilometr məsafədə Aida Hacıyeva, 2 kilometr məsafədə I yerə Özləm Əmircanova, 4 kilometr məsafədə I yerə Aynur Əsgərova, 6 kilometr məsafədə I yerə Nailə Novruzova, kişilər arasında 2 kilometr məsafədə I yerə Rüstəm Seyidov, 3 kilometr məsafədə I yerə Nail Rzayev, 6 kilometr məsafədə I yerə Andrey Aranoviç, 10 kilometr məsafədə I yerə Tural Sadıqlı, komanda hesabında isə I yerə Təhsil RİM, II yerə 5 saylı İOEUGİM, III yerə isə Məhsul İC layıq görülüblər.

İlk üçlüyü tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Qeyd olunub ki, I-III yerləri tutan idmançılar oktyabrın 16-18-də İsmayıllı rayonunda keçiriləcək Azərbaycan çempionatına vəsiqə qazanıblar.

AZƏRTAC

Xəbər 836 dəfə oxundu.