Azərbaycan Şahmat Federasiyasının prezidenti Şəhriyar Məmmədyarova dəstək oldu
Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/4 final mərhələsinə start verilib.

Qeyd edək ki, turnirdə mübarizəni davam etdirən yeganə şahmatçımız Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Sergey Karyakinə qarşı mübarizə aparır.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov və Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili Dünya Kubokunun dörddəbir final mərhələsinə təşrif buyurub. Federasiya prezidenti Elman Rüstəmov şahmatçımız Şəhriyar Məmmədyarovla görüşərək ona uğurlar arzulayıb.

Xəbər 767 dəfə oxundu.