Qazaxda fəaliyyət göstərən "Olimp" idman klubu adını dəyişdirib
Qazaxda fəaliyyət göstərən "Olimp" idman klubu adını dəyişdirib. Bundan sonra sözügedən klub "Avey" adını daşıyacaq.

Klub prezidenti Arzuman Abdulkərimov bəyan edib ki, bundan sonra "Avey" həm də fəaliyyət dairəsini genişləndirərək paytaxtda, eləcə də tədricən digər bölgələrdə yeni idmançıların yetişməsinə öz töhvəsini verəcək.

"Avey" müxtəlif idman növləri ilə yanaşı, futbolu da Qazaxa qaytarmaq fikrindədir: "Avey" adlı futbol klubunun olduğunu bilirik. İmkan olsa, bu komandanı saxlamağa çalışacağıq. Bazaya gəlincə, Qazaxda öz bazamız var. Analoji baza Bakıda da olacaq. Gələcəkdə belə bazaları regionlarda da yaratmağa çalışacağıq".

Xəbər 1786 dəfə oxundu.