Bakıda ilk dəfə olaraq Kempo üzrə Avrasiya çempionatı keçiriləcək
Azərbaycanda ilk dəfə olaraq Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının razılığı və dəstəyi ilə Kempo üzrə Avrasiya çempionatı keçiriləcək.

Kempo təşkilatının mətbuat xidmətinin rəhbəri Fuad Rəsulun verdiyi məlumata əsasən, yarışda Moldova, Polşa, İran, Əlcəzair, Gürcüstan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Rusiya, Macarıstan, Rumıniyadan olan idmançılar iştirak edəcəklər.

Yarış oktyabrın 16-17-18-də Şağan OİK-də Full Kempo (Döyüş) və Submission Kempo (Grapling) versiyaları üzrə keçiriləcək.

Xəbər 779 dəfə oxundu.