​Bəhreyn Bakıda Formula-1 mərhələsinin təşkilində Azərbaycana köməklik göstərəcək
Bəhreyn 2016-cı ildə Bakıda Formula-1 mərhələsinin təşkilində Azərbaycana köməklik göstərəcək.

Yarışların təşkilində köməklık göstərən marşallar komandası könüllülər qismində Bakıya gələcək.

Bu barədə danışan Bəhreyn Olimpiya Komitəsinin baş katibi Abdulrahman Əl-Askar deyib ki, bu 2004-cü ildə Formula-1 yarışına ev sahibliyi etmək hüququ qazandıqdan sonra Bəhreynin ilk qələbəsidir.

Qeyd edək ki,"Formula-1" yarışlarının Avropa Qran-prisi 2016-cı ilin iyulunda Bakıda keçiriləcək.

Xəbər 557 dəfə oxundu.