Azərbaycan qrossmeysteri beynəlxalq turnirdə liderliyi davam etdirir
Livanın paytaxtı Beyrutda şahmat üzrə səkkizinci beynəlxalq open-turnir davam edir. Liderlər qrupunda Azərbaycan qrossmeysteri Azər Mirzəyev də var.

Üç turdan sonra hərəsi üç xal toplamış Azər Mirzəyev, rusiyalı Sergey Volkov, belaruslu Sergey Kasparov və Kiril Stupak, ukraynalı Mixail Simantsev, Hollandiya nümayəndəsi Sergey Tivyakov, fransız Manuel Valles və digər idmançılar irəlidədir.

Püşkatmanın nəticələrinə görə, dördüncü turda Azərbaycan nümayəndəsinin rəqibi belaruslu qrossmeyster Sergey Kasparov olacaq.

Beynəlxalq open-turnirin qalibləri sentyabrın 27-də müəyyən ediləcək.

Yarış doqquz turdan ibarət olmaqla İsveçrə sistemi üzrə keçirilir.

Xəbər 685 dəfə oxundu.