İtaliya ilə oyunlar üçün skybox biletlər satışda
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununun skybox biletlərinin satışını elan edir.

Skybox-larda 5 yerləşdirmə planı və 2 fərqli menyu seçimi mövcuddur. Skybox-lar 14, 15, 20, 25 və 32 nəfərlikdir və ilk dəfə olaraq azarkeşlər individual bilet alaraq oyunu skybox-lardan izləyə biləcəklər. İndividual Skybox biletinin qiyməti 100 AZN-dir.

Xəbər 672 dəfə oxundu.