“Qəbələ”nin rəqibi səfərdə məğlub olub
Azərbaycanın “Qəbələ” komandasının Avropa Liqası yarışlarının qrup mərhələsindəki rəqiblərindən olan “Krasnodar” klubu (Kuban) Rusiya Premyer Liqasının doqquzuncu turunun oyunları çərçivəsində səfərdə “Ural” kollektivi ilə qarşılaşıb.

Oyun 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Hazırda aktivində 12 xal olan “Krasnodar” komandası turnir cədvəlinin doqquzuncu pilləsində qərarlaşıb.

Kuban şəhəri təmsilçisi növbəti görüşünü Rusiya kubokunun oyunları çərçivəsində səfərdə sentyabrın 24-də “Zenit-İjevsk” komandası ilə keçirəcək.

Xəbər 609 dəfə oxundu.