“Baku Open-2015”-də 13 ölkə təmsil olunacaq
Sentyabrın 30-da Azərbaycanın paytaxtında “Baku Open-2015” ənənəvi beynəlxalq şahmat festivalı çərçivəsində “A” turniri başlanacaq.

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 24-cü ildönümünə həsr olunacaq turnirdə iştirak etmək üçün bu günədək 13 ölkədən 40 şahmatçı, o cümlədən 16 qrossmeyster müraciət edib. “A” əsas turnirində azərbaycanlı şahmatçılardan qrossmeysterlər Vüqar Rəsulov, Sərxan Quliyev, Günay Məmmədzadə, beynəlxalq ustalar Loğman Quliyev, Bəhruz Rzayev, Nicat Ağayev, Orxan Abdulov, Talıb Babayev, Kənan Heydərli, Səbinə Quliyeva və başqaları iştirak edəcəklər.

Yarışların reytinq favoriti Başkaran Adxibandır (2674 xal). Bununla yanaşı, 11 nəfərin reytinqi 2500 xaldan yüksəkdir, daha 13 nəfər isə 2400-2500 reytinq xalı göstəricisi arasında qərarlaşıb.

“Baku Open-2015” beynəlxalq turniri İsveçrə sistemi üzrə 9 turda keçiriləcək.

Xəbər 634 dəfə oxundu.