Şəhriyar Məmmədyarov Dünya Kubokunun dörddəbir final mərhələsinə yüksəlib
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov amerikalı Fabiano Karuanaya qalib gələrək şahmat üzrə Dünya Kubokunun dörddəbir finalına yüksəlib.

Ş.Məmmədyarov sentyabrın 21-də qara fiqurlarla heç-heçə oynayıb, bir gün əvvəl isə ağ fiqurlarla amerikalı rəqibini məğlubiyyətə uğradıb. Şahmatçılar bugünkü görüşdə 40-cı gedişdən sonra heç-heçə ilə razılaşıblar.

Dünya Kuboku yarışlarının dördüncü dövrəsinin iki partiyasından sonra nəticələr belədir: Hikaru Nakamura (ABŞ) Maykl Adamsa (Böyük Britaniya) qalib gəlib. Rusiya şahmatçıları Dmitri Andreykin ilə Sergey Karyakinin, Aniş Giri (Niderland) ilə Radoslav Voytaşekin (Polşa) görüşləri heç-heçə başa çatıb: 1:1. Bu şahmatçılar sabah tay-breyk oyunlarında güclərini sınayacaqlar.

Turnir nokaut sistem üzrə keçirilir. Həlledici oyundan başqa hər bir görüş iki klassik partiyadan ibarətdir.

Dünya Kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır.

Xəbər 640 dəfə oxundu.