Türkmənistanlı legioner “Xəzər Lənkəran”a lazım olmadı
Antalya hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran” daha bir futbolçudan imtina edib. İdman.com.az saytının xəbərinə görə, baş məşqçi Cüneyd Biçər malili Siriman Maqassoubanın ardından türkmənistanlı legioner Elman Taqayevin də xidmətinə ehtiyac duymayıb.
Xatırladaq ki, Taqayev "Xəzər Lənkəran"ın Türkmənistanla yoxlama matçında üçüncü qolunun müəllifi olmuşdu.

Xəbər 894 dəfə oxundu.