Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı | |
Azərbaycan Respublikası idmançılarını və onların məşqçilərini Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə qərara alıram: 1. I Avropa Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin: -birinci yeri tutmuş hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat; -ikinci yeri tutmuş hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat; -üçüncü yeri tutmuş hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat. 2. Komanda idman növlərində göstərilmiş ən yüksək nəticələrə görə mükafatlar aşağıdakı qaydada müəyyən edilsin: -birinci yeri tutmuş komandanın hər bir üzvünə 15 min manat; -ikinci yeri tutmuş komandanın hər bir üzvünə 10 min manat; -üçüncü yeri tutmuş komandanın hər bir üzvünə 5 min manat. İlham Əliyev Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti Bakı şəhəri, 9 iyun 2015-ci il. |
|
Xəbər 1487 dəfə oxundu. |
|
|