“Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesanın “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə “Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesa “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2015-ci il.

Xəbər 1509 dəfə oxundu.