“Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədri Spiridon Kapralosun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətinə görə “Bakı 2015” Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının sədri Spiridon Kapralos “Dostluq” ordeni ilə təltif edilsin.



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2015-ci il.

Xəbər 1607 dəfə oxundu.