Velosipedçimiz dünya çempionatında 8-ci oldu
ABŞ-ın Riçmond şəhərində velosiped idmanının şosse növü üzrə dünya çempionatına start verilib. İlk yarış günü qadınlar arasında komanda ötüşməsində (Team Time Trial) qaliblər müəyyənləşib.

Azərbaycan yığmasının üzvü Yelena Pavluxinanın heyətində yer aldığı Sloveniyanın "Lyublyana" klubu 38.8 km məsafəni 50 dəqiqə, 38 saniyəyə başa vurub. Bu göstərici isə təmsilçimizin komandasının 8-ci yeri tutması ilə nəticələnib.

"Lyublyana" çempion olan Almaniyanın "Velocio-SRAM" komandasından 3 dəqiqə, 3 saniyə geri qalıb.

Xəbər 682 dəfə oxundu.