Topaz Premyer Liqası: Son 9 mövsümün yeni rekordu vuruldu
Topaz Premyer Liqasında son 9 mövsümün yeni rekordu qeydə alınıb. V turun “Kəpəz” – “Qarabağ” qarşılaşmasını 20000 tamaşaçı izləyib.

Belə yüksək göstərici isə nəinki mövsümün, ümumiyyətlə son illərin rekordudu. Sonuncu dəfə 20000 və daha çox azarkeş 2006/07 mövsümündə qeydə alınmışdı. 2007-ci il fevralın 16-da Bakıda keçirilən “Neftçi” və “Xəzər Lənkəran” arasında “Böyük oyun”da Tofiq Bəhramov adına Respublika stadionuna 25000 tamaşaçı toplaşmışdı. 3138 gün əvvəlki rekord qırılmasa da, ilk dəfə azarkeş sayında 20 minlik sədd fəth olunub. Ümumiyyətlə isə 2004-cü ildən sonra 4-cü dəfədir ki, tamaşaçı sayı 20000 və ya dana çox olur.

2004-15-ci illərdə 20000 və daha çox azarkeşim izlədiyi çempionat oyunları

2004/05
10.06.2005. Qızıl oyun. “Neftçi” – “Xəzər Lənkəran” - 2:1
Gəncə şəhər stadionu. 25000 tamaşaçı

2006/07
16.05.2007. “Neftçi” – “Xəzər Lənkəran” - 1:0 – 25000
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 25000 tamaşaçı

2004/05
11.05.2005. “Neftçi” – “Xəzər Lənkəran” - 2:1
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. 21000 tamaşaçı

2015/16
20.09.2015. “Kəpəz” – “Qarabağ” – 2:3
Gəncə şəhər stadionu. 20000 tamaşaçı
Qeyd edək ki, mövsümün əvvəlki turlarında qeydə alınan cəmi seyrçi sayı da “Kəpəz” – “Qarabağ” matçından az olub. İlk turunu cəmi 14000, II turu 16300, III turu 13350, IV turu 17400 tamaşaçı izləmişdi.

Xəbər 683 dəfə oxundu.