Şəhriyar Məmmədyarov 1/4 final mərhələsinin bir addımlığında - YENİLƏNİR

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün 1/8 final mərhələsinin cavab oyunları təşkil ediləcək. Yarışda yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov ikinci görüşündə qara fiqurlarla mübarizə aparacaq.

İlk matçda ABŞ şahmatçısı Fabiano Karuananı məğlub edən həmyerlimizə mərhələ adlamaq üçün heç-heçə də kifayət edəcək.


Dünya Kuboku
1/8 final mərhələsi, ikinci oyun

Fabiano Karuana (ABŞ) - Şəhriyar Məmədyarov (Azərbaycan)
İlk oyun: 0:1

Qeyd edək ki, həmyerlilərimizdən Eltac Səfərli və Vasif Durarbəyli birinci, Rauf Məmmədov ikinci, Qədir Hüseynovla Teymur Rəcəbov üçüncü mərhələdə mübarizəni dayandırıb.

Xəbər 659 dəfə oxundu.