Sabah futzalçılarımız mübarizəyə başlayır
Sabah futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına start veriləcək. İdman.com.az saytının məlumatına görə, «D» qrupunda yer alan yığmamız ilk oyununu fevralın 1-də keçirəcək. Portuqaliya və Serbiya ilə gücünü sınayacaq millimizin iştirakı ilə keçiriləcək hər iki oyunda ədaləti qoruyacaq hakimlər müəyyənləşib. Joze Alesio da Silvanın komandasının ilk oyununda rusiyalı, qrupdakı son matçında isə polşalı referilər iş başında olacaq.


1 fevral. Zaqreb. Zaqreb Arena
00:00. Portuqaliya – Azərbaycan
Hakimlər: İvan Şabanov (Rusiya), Sebastiyan Staviçki (Polşa)

3 fevral. Zaqreb. Zaqreb Arena
23:30. Azərbaycan - Serbiya
Hakimlər: Sebastiyan Staviçki (Polşa), İvan Şabanov (Rusiya)

Xəbər 878 dəfə oxundu.