“Qəbələ” "Sumqayıt"a qarşı - YENİLƏNİR
Bu gün Topaz Premyer Liqasında V turun son oyunu keçiriləcək. Tura Qəbələdə yekun vurulacaq.

UEFA Avropa Liqasında qrup mərhələsinə 1 xalla start verən “Qəbələ” daxili çempionatda da uğurlu nəticə qazanmaq arzusundadı. Ötən mövsümün bürünc mükafatçıları yeni transferləri Ruslan Abışov və Vüqar Nadirovun xidmətlərindən istifadə edə biləcəklər. Ötən tur “İnter”ə məğlub olan Roman Qriqorçukun yetirmələri öz meydanında sürprizə imkan verməmək üçün “Sumqayıt”ı əliboş yola salmalıdı.

“Gənclik şəhəri”nin təmsilçiləri isə çempionatda hələ qələbə sevinci yaşamadıqlarına baxmayaraq səfərdən ən az 1 xalla dönməyi arzu edirlər.

Topa Premyer Liqası
V tur

21 sentyabr (bazar ertəsi)

21:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Cavanşir Yusifov, Nail Nağıyev
Qəbələ şəhər stadionu

Xəbər 671 dəfə oxundu.