“Qala” əvəz çıxdı
Kişi basketbolçular arasında Azərbaycan çempionatında VII turun oyunları keçirilib. İdman.com.az saytının məlumatına görə, tur liderlərin qələbəsi ilə yekunlaşıb. Azərbaycan çempionu “Araz” BDU-nu yenə böyükhesabla məğlub edib. İlk dövrədə 110 xal fərqi (143:33) üstələyən Naxçıvan təmsilçisi, bu dəfə rəqibinə 147:54 hesabı ilə qalib gəlib. Yığmamızın lideri Amil Həmzəyev isə bu qarşılaşmada yeni rekord müəyyənləşdirib. O, 147 xaldan 110-unu qazanıb (!).

Turun xüsusi əhəmiyyət daşıyan “Qala” – NTL“Tudor” matçı Elxan Əliyevin komandasının qələbəsi ilə başa çatıb. Onlar bununla da ilk oyundakı texniki məğlubiyyətin qisasını alıblar.
“Çağ öyrətim” – AzTOP duelindən isə birincilər qalib ayrılıblar. İlk dövrədə cəmi 1 top fərqi ilə (69:70) ilə uduzan AzTOP, bu dəfə də uduzub və üçüncü yeri “şagirdlərə” hədiyyə edib.
Qeyd edək ki, növbəti turun oyunları fevralın 4-də olacaq.


VII tur
“Araz” – BDU (147:54)
“Qala” – NTL“Tudor” (68:53)
“Çağ öyrətim” – AzTOP (63:56)


O Q M T X
1. “Araz” 7 7 0 742-395 14
2. “Qala” 7 5 2 495-369 12
3. “Çağ öyrətim” 7 4 3 461-491 11
4. AzTOP 7 3 4 502-489 10
5. NTL“Tudor” 7 2 5 395-439 9
6. BDU 7 0 7 330-735 7

Xəbər 1181 dəfə oxundu.