Bu gün Azərbaycan Premyer Liqasında iki maraqlı oyun olacaq
Bu gün Azərbaycan Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.

Azərbaycan çempionu "Qarabağ" Gəncədə "Kəpəz"in qonağı olacaq. Oyun saat 16:30-da başlayacaq. Ağdam təmsilçisi qələbə qazanacağı təqdirdə çempionatın valid liderliyinə yüksələcək.

Turun digər maraq doğuran görüşü isə paytaxtda oynanılacaq. "Neftçi" əzəli rəqibi "Xəzər Lənkəran"ı qəbul edəcək. Bu qarşılaşma saat 21:00-da start götürəcək.

Premyer Liqada V tur sentyabrın 21-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” oyunu ilə yekunlaşacaq.

Hazırda turnir cədvəlinə 10 xalla "Qarabağ" və “İnter” komandaları başçılıq edirlər. "Neftçi"nin 7, "Xəzər Lənkəran"nın isə 5 xalı var.

Xəbər 670 dəfə oxundu.