"Neftçi" - "Poloniya" matçının vaxtı dəyişdi
"Neftçi" klubu sabah Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 2-ci oyununu keçirəcək. İdman.com.az saytının məlumatına görə, flaqman Polşanın "Poloniya" klubu ilə qarşılaşacaq.

Matç əvvəlcədən nəzərdə tutulduğu kimi, Bakı vaxtı ilə saat 17:00-da deyil, 19:30-da start götürəcək. Azarkeşlər "Neftçi" - "Poloniya" matçını klubun saytımız canlı izləyə biləcəklər.

Xəbər 1024 dəfə oxundu.