"Zirə"yə texniki məğlubiyyət veriləcək
Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında limit pozuntusu qeydə alınıb.

Hadisə çempionatın V turu çərçivəsində keçirilən “Zirə” – “Rəvan” matçında yaşanıb.


Buna ev sahiblərinin bolqarıstanlı baş məşqçi Kamen Vasilyevin heyəti düzgün müəyyənləşdirməməyi səbəb olub. Belə ki, Əsasnaməyə uyğun olaraq, komandaların heyətində meydançada 8 nəfərdən az olmayaraq 1994-cü il və ya daha gənc təvəllüdlü (Azərbaycan vətəndaşı) futbolçular daxil edilməlidi. Ancaq əcnəbi çalışdırıcı onlardan birini “ixtisar”a salaraq, limiti pozub. Bu isə 1:0 hesabı ilə qalib gələn “Zirə”yə texniki məğlubiyyət bahasına başa gələcək.

Qayda pozuntusuna sentyabrın 22-də keçiriləcək İntizam Komitəsinin iclasında baxılacaq və müvafiq qərar veriləcək.

Qeyd edək ki, “Zirə” 4 matçdan 7, “Rəvan” isə 6 xal toplayıb.

Xəbər 742 dəfə oxundu.