İqor Mitreski: "Metallist" daha güclü idi
"Neftçi" bu gün yaxşı oynadı, amma "Metallist" daha güclü idi. Rəqibin heyətində adlı-sanlı futbolçular çıxış edir. Təsadüfi deyil ki, rəqib son illər Avropa kuboklarında yaxşı təsir bağışlayır". İdman.com.az-ın məlumatına görə, bu sözü "Neftçi" komandasının müdafiəçisi İqor Mitreskiyə məxsusdur.

Makedoniyalı futbolçu klubun rəsmi saytına açıqlamasında "Metallist"lə oyunu belə şərh edib: "Məğlubiyyətə baxmayaraq, belə oyunlar "Neftçi"nin xeyrinədir. Bu görüşdə komandamızın heyətində daha çox gənc futbolçular meydana çıxdı. Güclü futbolçulara qarşı oynamaq gənclər üçün böyük təcrübədir".
Qeyd edək ki, "ağ-qaralar" Ukrayna klubuna 1:3 hesabı ilə uduzub.

Xəbər 937 dəfə oxundu.