"Milan" qələbə qazandı, "Udineze" uduzdu
İtaliya A Seriyasında 4-cü turun oyunlarına start verilib.

İlk oyun günündə iki qarşılaşma keçirilib.

Doğma azarkeşləri önündə "Empoli" ilə qarşılaşan "Udineze" rəqibinə 1:2 hesabı ilə uduzub. "Milan" isə öz meydanında "Palermo"ya 3:2 hesabı ilə qalib gələrək mövsümdə ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, A Seriyasında 4-cü tura bu axşam keçiriləcək 8 oyunla yekun vurulacaq.






19 sentyabr

İtaliya A Seriyası, 4-cü tur

"Udineze" - "Empoli" - 1:2
Qollar: Zapata, 19 (1:0), Paredes, 73 (1:1), Makkarone, 90+2 (1:2)
Qırmızı vərəqə: Kone, 72 ("Udineze")

"Milan" - "Palermo" - 3:2
Qollar: Bakka, 21 (1:0), Hiljemark, 32 (1:1), Bonaventura, 40 (2:1), Hiljemark, 72 (2:2), Bakka, 75 (3:2)



20 sentyabr

"Kyevo" - "İnter"

"Roma" - "Sassuolo"

"Atalanta" - "Verona"

"Bolonya" - "Frosinone"

"Genua" - "JYventus"

"Torino" - "Sampdoriya"

"Karpi" - "Fiorentina"

"Napoli" - "Latsio"

Xəbər 678 dəfə oxundu.