"Mançester Siti" uduzdu, "Çelsi" qalib gəldi
İngiltərə Premyer Liqasında 6-cı turun oyunlarına start verilib.

İlk oyun günündə 7 qarşılaşma baş tutub.

Turun mərkəzi qarşılaşması Londonda keçirilib. Burada "Çelsi" "Arsenal"ı sınağa çəkib. Bu mövsüm işləri yolunda getməyən Joze Mourinyonun komandasının derbidən hansı nəticə ilə ayrılacağı maraqla gözlənilirdi. Bu görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "Çelsi" cari mövsüm doğma meydanda ilk qələbəsini qazanıb.

Premyer Liqanın şəriksiz lideri "Mançester Siti" doğma meydanda Slaven Biliçin rəhbərlik etdiyi "Vest Hem"i qəbul edib. Keçirdiyi 5 görüşdən qalib ayrılan "şəhərlilər" bu oyunu da qələbə ilə başa vurmaq niyyətində idi. Lakin güclü rəqiblərdən xal almağı bacaran "Vest Hem" "Mançster Siti"ni də büdrədib. Manuel Peleqrininin komandası mövsümdə ilk qolunu buraxmaqla yanaşı, ilk məğlubiyyətini alıb - 1:2.

Qeyd edək ki, Premyer Liqada 6-cı tura sabah keçiriləcək 3 oyunla yekun vurulacaq. "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" Premyer Liqanın 6-cı turunda sabah evdə "Kristal Palas"la qarşılaşacaq.




19 sentyabr

İngiltərə Premyer Liqası, 6-cı tur

16:45. "Çelsi" - "Arsenal" - 2:0
Qollar: Kurt Zuma, 53 (1:0), Eden Hazard, 90+1 (2:0)
Qırmızı vərəqələr: Qabriel Paulisto, 45+1, Santi Kazorla, 79 (hər ikisi "Arsenal")

19:00. "Aston Villa" - "Vest Bromviç" - 0:1
Qol: Berahino, 39 (0:1)

19:00. "Bornmut" - "Sanderlend" - 2:0
Qollar: Vilson, 4 (1:0), Ritsie, 9 (2:0)
Qırmızı vərəqə: Kabul, 74 ("Sanderlend")

19:00. "Nyukasl" - "Uatford" - 1:2
Qollar: İqhalo, 10 (0:1), 28 (0:2), Yanmaat, 62 (1:2)


19:00. "Stok Siti" - "Lester Siti" - 2:2
Qollar: Krkiç, 13 (1:0), Ualters, 20 (2:0), Mahrez, 51 (2:1), Vardi, 69 (2:2)

19:00. "Suonsi" - "Everton" - 0:0
Qırmızı vərəqə: Mirallas, 90+4 ("Everton")

21:30. "Mançester Siti" - "Vest Hem" - 1:2
Qollar: Moses, 6 (0:1), Sako, 31 (0:2), de Bruyne, 45+2 (1:2)



20 sentyabr

"Tottenhem" - "Kristal Palas"

"Liverpul" - "Norviç"

"Sauthempton" - "Mançester Yunayted"

Xəbər 651 dəfə oxundu.