“Qəbələ”nin yeni transferləri: “87” və “17”
Azərbaycanı Avropa Liqasında təmsil edən "Qəbələ" yeni transferlərinin adlarını Peşəkar Futbol Liqasına təqdim etdiyi sifariş vərəqəsinə əlavə edib.

"Xəzər Lənkəran"dan ayrılıb "Qəbələ"yə üz tutan Ruslan Abışov "87", Vüqar Nadirov isə "17" nömrəli forma altında çıxış edəcək.

Vüqar Nadirov "Qəbələ"ylə bu ilin, Ruslan Abışov isə mövsümün sonunadək müqavilə bağlayıb.


Xəbər 700 dəfə oxundu.