Bu gün də 2 mükafat
İstanbulda yunan-Roma güləşçiləri arasında Qızıl qran-pri turniri başa çatıb. İdman.com.az saytının məlumatına görə, bu gün keçirilmiş mübarizələrdə daha 2 pəhləvanımız fəxri kürsüyə çıxıb.

Həlledici mərhələdə fürsəti fövtə verməyən Kamran Məmmədov (60 kq) və Şalva Qadabazde (96 kq) bürünc medal qazanıblar.
Dünən baş tutmuş görüşlərdə Elçin Əliyev (55 kq) və Vitali Rəhimov (66 kq) eyni nəticəni göstərmişdilər.

Xəbər 1236 dəfə oxundu.