Robert Mak: "Qəbələ" bizə qarşı çox yaxşı oynadı"
Yunanıstanın PAOK klubunun hücumçusu Robert Mak Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb. O, yerli mətbuata açıqlamasında qolsuz bitən görüşü belə şərh edib:

"Biz səfərdən 1 xalla dönməyi bacardıq. Amma 3 xal da qazana bilərdik. Çox ağır oyun idi. Meydan sahibləri yaxşı oynadılar. Təəssüf ki, mən də qol vurmağı bacarmadım. Halbuki, bunun üçün əla imkanım da var idi. Ümid edirəm ki, növbəti oyunda "Qəbələ" ilə görüşdə buraxdığımız qol imkanlarını və qələbəni kompensasiya edə biləcəyik".

Xəbər 606 dəfə oxundu.