Zaur Svanadze: "AZAL kimi komanda ilə oynamaq çətindir"
Premyer Liqanın V turu “İnter” üçün uğurlu alındı. Zaur Svanadzdenin komandası səfərdə AZAL-ı 1-0 hesabı ilə üstələdi.

Oyundan sonra "İnter"in baş məşqçisi Zaur Svanadze bunları qeyd edib:

“Mən oyundan və nəticədən razıyam. Heyətimizdə bəzi problemlər vardı. Rauf Əliyev zədə səbəbindən oyunda iştirak edə bilmirdi. İvan Benitez və Səlahət Ağayevin də problemləri var. AZAL kimi komanda ilə oynamaq çətindir. Bütün bunlara baxmayaraq, yaxşı nəticə qazandıq və çox sayda qol epizodları yaratdıq. Çalışacağıq ki, növbəti oyunlarda da qələbələr əldə edək”.

Xəbər 905 dəfə oxundu.