Tərlan Əhmədov: "Getsəydim, büdcəni eşidəndə gedərdim"
Premyer Liqanın V turu “İnter” üçün uğurlu alındı. Zaur Svanadzdenin komandası səfərdə AZAL-ı 1-0 hesabı ilə üstələdi.

Oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bunları qeyd edib:

“Ardıcıl 4 məğlubiyyətdən sonra “İnter”ə qarşı matçda qalib gəlmək, xal qazanmaq istəyirdik. Təəsüflər olsun ki, komandam birinci hissədə zəif çıxış etdi. İkinci hissədə təzyiqi artırıb, qol epizodları yaratdıq. Amma qol vura bilmədik. Hücumçu problemi aktual olaraq, qalır. Məğlubiyyətlər olsa da, AZAL mübarizə aparır. Lakin bu son deyil. Bizim məqsədimiz “qara zolaq”dan çıxmaqdır. Komandanın durumunu bilirsiniz. Bu heyətlə də olsa, “qara zolaq”dan çıxacağıq. İndiki vəziyyətdə komandanı bu vəziyyətdə qoyub getmək istəmirəm. Getsəydsim, büdcəni eşidəndə gedərdim. Rəhbərlik istəsə gedərəm. Əgər bu yükün altına girmək istəyən varsa, mən getməyə hazıram”

Xəbər 682 dəfə oxundu.