Adil Şükürov: "Oyundan oyuna irəliləyiş var"
Premyer Liqanın V turunda “Rəvan”ı qəbul edən “Zirə” 2-1 hesablı qələbə qazandı.

Oyundan sonra "Zirə"nin baş məşqçisi Adil Şükürov bunları qeyd edib:

"Əzmkar oyuna görə futbolçularımı təbrik edirəm. Oyundan oyuna irəliləyiş var. Bunun fonunda çatışmazlıqlarımız da mövcüddur ki, onu aradan qaldırmalıyıq. Oyun zamanı bizə dəstək olan azarkeşlərə minnətdaram. Matçın gedişində futbolçularım arasında mübahisə olmadı, sadəcə olaraq, biri-birini eşitmədilər.Çox qol vəziyyəti yaratsaq da, bunların yalnız ikisindən istifadə edə bildik. Düşünürəm ki, yaxşı futbol oynayıb, qələbə qazandıq. “Rəvan” da pis oynamadı. Düşünürəm ki, qısa zamanda “Rəvan” mübariz komanda kimi formalaşıb”.

Xəbər 692 dəfə oxundu.